Çevik Manifestin prinsipləri



Biz bu prinsiplərə əməl edirik:

Dəyərli proqramı erkən və davamlı təqdimat yolu ilə
müştərini razı salmaq bizim üçün əsas prioritetdir.

İşin hətta son anlarında tələblərin dəyişməsindən qorxmayın.
Çevik proseslər müştərinin razılığı üçün dəyişikliklərdən istifadə edir.

İşləyən proqramı tez-tez, bir neçə həftədən bir neçə aya kimi təqdim edin.
Dar zaman müddətlərindən qaçın.

İş adamları və proqramçılar layihə müddətində gündəlik olaraq birgə işləməlidirlər.

Layihələri həvəsli fərdlər ətrafında qurun.
Onlar üçün lazımi şərait yaradıb dəstək verin.
İşi görəcəklərinə etibar edin.

Proqramlaşdırma komandasına məlumatın ötürülməsi və götürülməsinin
ən effektiv, təsirli üsulu üzbəüz ünsiyyətdir.

İnkişafın əsas göstəricisi işləyən proqramdır.

Çevik proseslər davamlı inkişafı dəstəkləyir.
Sponsorlar, proqramçılar və istifadəçilər sabit tempi saxlamağı bacarmalıdırlar.

Texniki mükəmməlliyə və düzgün dizayna davamlı diqqət çevikliyi artırır.

Sadəlik – artıq işin ixtisar edilməsi sənəti – vacibdir.

Öz-özünü idarə edən komandalar ən yaxşı arxitektura, tələblər və dizaynı ortaya qoya bilir.

Bərabər zaman intervallarında komanda öz effektivliyini özü seçməklə
daha məhsuldar olur, işini ona uyğun kökləyir.




Manifestə dön